“Lavrovun özünün legitimliyi yoxdur” - Ukrayna XİN

Ukrayna xarici işlər naziri Andrey Sibiqa rusiyalı həmkarı Sergey Lavrovun prezident Vladimir Zelenskinin “qeyri-legitimliyi” ilə bağlı açıqlamalarını cəfəngiyyat adlandırıb.

Aug 25, 2025 - 13:36
“Lavrovun özünün legitimliyi yoxdur” - Ukrayna XİN

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin (XİN) Telegram kanalında məlumat yayılıb.

Onun sözlərinə görə, Lavrovun özünün legitimlikdən danışmağa “heç bir legitimliyi yoxdur”.

“21 ildir kreslosunda oturan, 25 ildən çox hakimiyyətdə olan birinə xidmət edən bir adamın legitimlik haqqında mühazirəsindən daha absurd bir şey yoxdur. Bu cür əsassız bəyanatlar Rusiyanın sülh səylərini rədd etdiyini göstərir”, - deyə Sibiqa vurğulayıb.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Ukrayna prezidenti Volodimir Zelenskinin guya hüquqi sənədlər imzalamaq üçün lazımi legitimliyi yoxdur.

Xatırladaq ki, Ukrayna Konstitusiyasına görə, növbəti prezident seçkiləri 2024-cü ilin martında keçirilməli idi. Lakin hərbi vəziyyət Ukraynada istənilən seçkilərin keçirilməsini qadağan edir.

Onu da qeyd edək ki, Putin  2000-ci ildən ölkəyə rəhbərlik edir. O, 2008–2012-ci illərdə Putin baş nazir olaraq, kürsüsünü 4 il müddətinə Medvedevə təhvil verib. Beynəlxalq birlik Rusiyada bütün seçkilərin saxtalaşdırıldığını və müxalifətin təqibləri ilə müşayiət olunduğunu bildirərək, onların nəticələrini tanımayıb.

Xatirə SADİQ