Köçəryan həbs olunur, Baş Prokurorluq hərəkətə keçdi

Ermənistan Baş Prokurorluğu müxalif “Ermənistan” blokunun lideri, keçmiş prezident Robert Köçəryan ilə bağlı cinayət işi açılması üçün Mərkəzi Seçki Komissiyasına müraciət edib.

Jun 16, 2026 - 20:15
Köçəryan həbs olunur, Baş Prokurorluq hərəkətə keçdi

SAVASHMEDİA.az xəbər verir ki, eyni blokdan parlamentə namizəd olan Asatur Köçəryan və Ruslan Barseqyan barədə də ayrıca təqdimatlar göndərilib.

xatırladaq ki, iyunun 14-də Ermənistan mediası Robert Köçəryanın İrəvandakı Zvartnots hava limanında saxlanılması və ölkədən çıxışına icazə verilmədiyini yazmışdı.

Seçkilərin nəticələrinə əsasən, “Ermənistan” bloku parlamentdə üçüncü siyasi qüvvə kimi təmsil olunub.

Səlcuq