“Orada borc məsələsi yoxdur” - Ukrayna prezidenti
“Yerin təki sazişində borc məsələsi ola bilməz”.
SAVASHMEDİA.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bunu prezident Volodimir Zelenski brifinqdə deyib.
O, şərtlər barədə ətraflı danışmaqdan imtina edib, çünki vəkillər hələ də müqavilə üzərində işləyirlər.
Qeyd edək ki, ötən gün “Bloomberg” xəbər verib ki, yerin təki sazişi üzrə danışıqlar zamanı ABŞ yardımın qaytarılması ilə bağlı Ukraynaya qarşı tələblərini yumşaldıb.
Vaşinqton indi əvvəllər verilmiş yardıma görə 300 milyard dollar yox, 100 milyard dollar tələb edirlər.
Ukrayna tərəfi dəfələrlə bəyan edib ki, əvvəllər verilmiş yardımı borc kimi tanımır, çünki onun qaytarması ilə bağlı heç bir razılaşma olmayıb.
Xatirə SADİQ