Keçmiş baş nazirin pasportu əlindən alınıb? – Gürcüstanda

Gürcüstanın keçmiş baş naziri, “Gürcü arzusu”nun sədri İrakli Qaribaşvilinin xaricə çıxa bilməməsi üçün pasportu əlindən alınıb.

Apr 8, 2025 - 15:41
Keçmiş baş nazirin pasportu əlindən alınıb? – Gürcüstanda

SAVASHMEDİA.az SOVA-ya istinadən xəbər verir ki, bunu “Dəyişiklik naminə” koalisiyasının liderlərindən biri Nika Qvaramiya deyib.

Qvaramiyanın sözlərinə görə, Qaribaşvilinin ABŞ ilə ünsiyyəti var və o, hətta məlumat təqdim edir.

“Döyülməsi də, pasportdan məhrum edilməsi də doğrudur. Qaribaşvili bir neçə dəfə ölkədən qaçmağa cəhd edib. Onlar hətta onu sabah göstərsələr də (bunu aprelin 7-də deyib – red.), çünki bu gün biz bu haqda danışırıq, heç bir məna kəsb etmir. Bu adamı döyüblər, onun əvvəldən çiynini burxudublar, pasportunu da əlindən alıblar”, - deyə Nika Qvaramiya əlavə edib.

Ötən il müxalifyönlü “Mtavari Arxi” telekanalı “Gürcü Arzusu” partiyasının sədri İrakli Qaribaşvilinin partiyanı tərk etdiyi barədə məlumat yaymışdı. Müxalifyönlü “Pirveli” telekanalının efirində isə keçmiş baş nazirin siyasətdən getmək niyyətində olduğunu, guya bizneslə məşğul olmağa hazırlaşdığı barədə məlumat verilmişdi.

O zaman “Gürcü arzusu” sədrinin parlamentin 11-ci çağırışının ilk iclasında görünməsi, sonra isə televiziya kameralarına görünməməsi medianın diqqətini çəkdi. Bundan sonra İrakli Qaribaşvili oliqarx Bidzina İvanişvili və baş nazir İrakli Kobaxidze ilə birlikdə deputat mandatından imtina etdi.

Xatırladaq ki, İrakli Qaribaşvili 2024-cü ilin yanvarında baş nazir postundan istefa verdikdən sonra “fəxri” sədri Bidzina İvanişvili olan “Gürcü arzusu” partiyasının sədri postunu tutub.

İrakli Qaribaşvili 2023-cü ilin payızında baş verən “çarter qalmaqalı”nın fiqurantıdır.

Xatirə SADİQ