İkardiyə xəyanət edən Vanda Nara Türkiyədə "İlin qadını" seçildi - FOTO

Qalatasarayın ulduz futbolçusu Mauro İkardiyə xəyanəti ilə gündəmdən düşməyən Vanda Nara mükafatlandırılıb.

Feb 25, 2025 - 13:48
Feb 25, 2025 - 13:51
İkardiyə xəyanət edən Vanda Nara Türkiyədə "İlin qadını" seçildi - FOTO

SAVASHMEDİA.az xəbər verir ki, 38 yaşlı argentinalı model və aparıcı “Best of Europe” mükafatlandırma mərasimində “İlin qadını” seçilib.

Mükafatı almaq üçün Türkiyəyə gələn Nara İstanbuldan ard-arda şəkillər paylaşıb. Onun mərasimdən və İstanbul boğazından etdiyi paylaşımlar izləyiciləri tərəfindən bəyənilib.

Müğənni Gülben Ergen isə adı skandallarda hallanan Naranın “İlin qadını” seçilməsini sərt tənqid edib:

“Maraqlıdır, onu hansı münsif ilin qadını seçib? O münsifin kriteriyaları nədir?”

Xatırladaq ki, Vanda Nara Mauro İkardiyə özündən 14 yaş kiçik müğənni L-Gante ilə xəyanət edib. Vanda Nara ilk həyat yoldaşı, futbolçu Maksi Lopesə də Mauro İkardi ilə xəyanət etmişdi.

Fotoda: Nara, L-Gante

Fotoda: Nara, Maksi Lopes

Yağmur