ABŞ prezidenti Fələstinlə bağlı Kanadaya xəbərdarlıq etdi
ABŞ prezidenti Donald Tramp qonşu Kanadaya Fələstini tanımaq istəyi ilə bağlı xəbərdarlıq edib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə ABŞ prezidenti “Truth” sosial şəbəkəsində yazıb.
Onun sözlərinə görə, Kanadanın Fələstini dövlət kimi tanımağa hazır olması Kanada-Amerika ticarət danışıqlarına mənfi təsir göstərəcək
“Kanada indicə Fələstinin dövlətçiliyini dəstəklədiyini elan etdi. Bu, bizim onlarla ticarət sazişi üzrə saziş bağlamağımızı çox çətinləşdirəcək”, - deyə Tramp vurğulayıb.
Xatirə SADİQ