"Bizi çətin günlər gözləyir" - Lukaşenko

Belarus prezidenti Aleksandr Lukaşenko deyib ki, bu gün diplomatlardan və hökumətdən “hərbi səfərbərlik” tələb olunur. 

Jul 31, 2025 - 13:38
"Bizi çətin günlər gözləyir" - Lukaşenko

SAVASHMEDİA.az xəbər verir ki, Lukaşenko bu barədə Minskdə Belarus diplomatik missiyalarının rəhbərləri ilə görüşdə bildirib:

"Biz təkcə müharibə və hərbi əməliyyatlar zamanı deyil, həm də sülh dövründə səfərbər olmalıyıq. Nəzərə alın ki, biz çox çətin sülh dövründə, hərbi səfərbərliyə ehtiyac duyulan bir dövrdə yaşayırıq".

Prezidentin sözlərinə görə, cari və sonrakı illər çətin olacaq, təzyiqlər və tələblər daha da artacaq. Eyni zamanda o vurğulayıb ki, “hərbi səfərbərlik” təkcə diplomatik nümayəndəliklərin rəhbərlərinə deyil, bütün hökumətə aiddir. İqtisadiyyatı saxlamaq lazımdır.

Yağmur