Putinin adamı Trampı və Maskı şirnikləndirmək istəyir – “Bloomberg”

Rusiyanın Suveren İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev Ukraynadakı müharibəni Kremlə sərfəli şərtlərlə bitirmək məqsədilə Tramp və Maskı ölkəsi ilə biznes layihələrinə cəlb etməyə çalışır.

Feb 27, 2025 - 15:42
Putinin adamı Trampı və Maskı şirnikləndirmək istəyir – “Bloomberg”

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Bloomberg” yazıb. 

Agentliyin məlumatına görə, biznes imkanları əsasında Trampla əlaqələri inkişaf etdirməyə Putini inandıran və fərqlənmək imkanı qazanan Dmitriyev olub. 

Kreml amerikalı prezidentin Ukraynanın faydalı qazıntılarına çıxış tələb etməyə başlamasından sonra belə danışıqlar aprmaq imkanını görüb. Putin bu strategiyanı gücləndirərək, bu həftə Rusiyanın nadir torpaq metallarını hasil etmək üçün “amerikalı tərəfdaşları” ilə əməkdaşlıq etməyi təklif edib. Onun sözlərinə görə, ölkəsi Ukraynadan daha böyük resursa malikdir.

O, həmçinin Trampın idxal məhdudiyyətlərini aradan qaldıracağı təqdirdə ABŞ-yə təxminən 2 milyon ton alüminium satmaqı və Rusiya şirkətlərinə Sibirdə alüminium istehsalı üçün amerikalı tərəfdaşlarla birgə müəssisə yaratmaq təkliflərini irəli sürüb. ABŞ və Rusiya həm də Arktikada və digər sahələrdə birgə layihələrin həyata keçirilməsi imkanlarını da nəzərdən keçirir.

Xatirə SADİQ