Zelenski gələcək prezidentə tövsiyə verdi – “təlimə başla…”
Ukrayna prezident Volodimir Zelenski ölkəsinin gələcəyini Avropa İttifaqında (Aİ) və NATO-da görməyən Polşa prezidentliyinə namizəd Karol Navrotskiyə məsləhət verib.
SAVASHMEDİA.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, Zelenski bu məsləhəti Polşa KİV-nə müsahibəsində səsləndirib.
“Əgər Ukrayna Aİ və NATO-da deyilsə, Ukraynanın təhlükəsizlik zəmanəti yoxdursa, o zaman cənab Navrotski artıq təlimlərə başlamalıdır. Çünki ola bilər ki, öz ölkəsini müdafiə etmək üçün o, həmvətənləri ilə birlikdə əlinə silah almalı olacaq”, - deyə Zelenski cavab verib.
Zelenski nəzərə çatdırıb ki, Ukrayna məğlub olarsa, Polşada müharibə riski çox yüksək olacaq.
“Rusiya Ukraynadan dərhal sonra Polşa ilə sərhəddə olacaq və o zaman (Navrotski – red.) siyasi mübarizəyə malik olmayacaq, öz həyatı üçün mübarizə aparacaq”, - deyə prezident xəbərdarlıq edib.
Qeyd edək ki, Polşanın Milli Yaddaş İnstitutunun direktoru olan Navrotski demişdi ki, Kiyev və Varşava arasında tarixi məsələləri həll etmədən Ukraynanı Aİ və NATO-da görmür.
Ukrayna Xarici İşlər Nazirliyi onun bu bəyanatını qərəzli və manipulyativ adlandırdı.
Navrotski bu yaxınlarda bildirib ki, fikrini dəyişməyib, lakin Polşadakı prezident seçkilərində qalib gəlsə, Ukrayna ilə dialoqa hazırdır.
Xatirə SADİQ