Penaltini qaytaran qapıçı dünyasını dəyişdi - ANBAAN VİDEO
Braziliyada gənclər liqasının oyunu zamanı bədbəxt hadisə yaşanıb.
Milli.Az xarici mediaya istinadla xəbər verir ki, 16 yaşlı brazilyalı futbolçu Edson Qama matçda aldığı zərbədən dünyasını dəyişib.
Belə ki, o, sinəsinə top dəydikdən sonra yerə yıxılıb.
Futbolçu dərhal xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Həkimlər onun ölümünə aldığı travmanın səbəb olduğunu bildiriblər: "Bu dünya üzrə hər 100 min idmançıdan birində təsadüf edir".