"Küçədə yıxılanda kəllə-beyin travması alıb" - TƏBİB-dən Nazim Pişiyari ilə bağlı açıqlama

Xəbər verildiyi kimi, müğənni Nazim Pişiyari (Faytonçu) xəstəxanaya yerləşdirilib. Sənətçi işemik insult keçirib və küçədə yıxılaraq qapalı kəllə-beyin travması alıb.

Jan 31, 2025 - 09:45
"Küçədə yıxılanda kəllə-beyin travması alıb" - TƏBİB-dən Nazim Pişiyari ilə bağlı açıqlama

SAVASHMEDİA.az xəbər verir ki, TƏBİB müğənninin vəziyyəti ilə bağlı məlumat yayıb.

Bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə ötən gün saat 22:22-də Nəsimi rayonu, H.Əliyev prospekti ərazisindən yıxılma səbəbilə çağırış daxil olub:

“Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən müğənni Pişiyari (Faytonçu) Nazim qapalı kəllə-beyin travması ilə Kliniki Tibbi Mərkəzə təxliyə olunub.

30 yanvar 2025-ci il saat 23:56 radələrində 1968-ci il təvəllüdlü kişi Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə qəbul edilib. Xəstəyə neyrocərrah baxışı olub, zəruri müayinələrdən keçirilib. Xəstə müayinələrdən sonra işemik insult diaqnozu ilə özəl müəssisələrdən birinə hospitalizasiya olunub”.