Trampın tələbləri FTB-də hiddətlə qarşılanıb 

ABŞ Prezidenti Donald Trampın Federal Təhqiqatlar Bürosunun (FTB) bəzi yüksək rütbəli məmurlarına istefaya getmələri və ya təqaüdə çıxmaları ilə bağlı tələbləri bəzilərini hiddətləndirib. 

Jan 31, 2025 - 09:58
Trampın tələbləri FTB-də hiddətlə qarşılanıb 

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “NBC” telekanalı keçmiş məmura istinadən məlumat yayıb.

FTB əməkdaşlarından biri Tramp administrasiyasının bu qərarının “çox dağıdıcı” olduğunu bildirib.

“CBS” telekanalının məlumatına görə, kadr dəyişiklikləri Trampın FTB direktoru vəzifəsinə namizədi Keş Patelin Senatda təsdiqlənməsi üzrə müzakirələr fonunda həyata keçirilib. Bir gün əvvəl Patel konqresmenlərin əndişələrini dağıtmağa çalışıb. O, bildirib ki, öz rəhbərliyi altında dövlət strukturu yeni Amerika liderinin siyasi rəqiblərinə qarşı araşdırmalara başlamayacaq.

Patel qeyd edib ki, FTB əməkdaşlarına qarşı hər hansı tədbir yalnız faktiki və hüquqi əsaslar olduqda və müstəsna olaraq qanun çərçivəsində başlanacaq. O, idarənin siyasi motivli təqiblərə cəlb olunmayacağına söz verib.

“The Wall Street Journal” bundan öncə yazırdı ki, Tramp sistem daxilində də ehtimal olunan düşmənləri tapmaq üçün FTB-dən istifadə etmək niyyətindədir. Buna görə də bəzi büro əməkdaşları Patelin təyinatından ehtiyatlanırlar.

Xatirə SADİQ