Putin Xameneinin öldürülməsindən DANIŞDI

Rusiya Prezidenti Vladimir Putin İranın Ali Rəhbəri ayətullah Əli Xameneinin öldürülməsi ilə bağlı həmkarı Məsud Pezeşkiana başsağlığı verib.

Mar 1, 2026 - 15:16
Putin Xameneinin öldürülməsindən DANIŞDI

SAVASHMEDİA.az Rusiya KİV-ə istinadən xəbər verir ki, V. Putin baş vermiş hadisəni insan mənəviyyatının bütün normalarının və beynəlxalq hüququn sarsıdıcı və kinli şəkildə pozulması adlandırıb.

Rusiya lideri ABŞ və İsrailin zərbələri nəticəsində həlak olan Əli Xamenei və ailə üzvləri ilə bağlı kədərini ifadə edərək bildirib:

"Rusiyada Xameneini iki ölkə arasındakı münasibətlərin inkişafına böyük töhfə vermiş görkəmli dövlət xadimi kimi xatırlayacaqlar".