Birləşmiş Ştatlar bu ölkənin etirazını rədd etdi
ABŞ Sakit okean turu zamanı Tayvan prezidenti Lay Tsin-denin Havay və Quamda qalması ilə əlaqədar Çinin etirazını rədd edib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Amerikanın səsi” məlumat yayıb.
Vaşinqton bildirilib ki, özünü idarə edən adanın demokratik yolla seçilmiş liderlərinin səfərləri adi məsələdir və ABŞ-nin ikipartiyalı siyasətinə uyğundur.
Çinin tənqidi fonunda Nümayəndələr Palatasının respublikaçı spikeri Mayk Conson Lay ilə telefonda danışaraq ölkəsinin Tayvana dəyişməz dəstəyini vurğulayıb.
Bu, may ayında Tayvanın prezidenti kimi vəzifəyə başladıqdan sonra Layın Nümayəndələr Palatasının spikeri ilə ilk birbaşa söhbəti olub.
Dövlət Departamentinin nümayəndəsi “Amerikanın Səsi”nə deyib ki, Tayvanın demokratik yolla seçilmiş hər bir prezidenti ABŞ-dən keçib.
ABŞ-nin yüksək səviyyəli rəsmiləri həmçinin qeyd edirlər ki, Vaşinqtonun “vahid Çin” siyasətinin əsasını təşkil edən sənədlər Tayvan prezidentinin Amerika şəhərlərində dayanmasını açıq şəkildə qadağan etmir.
Bununla belə, Pekin Vaşinqtonu daxili işlərə qarışmaqda ittiham edib. Çin rəsmiləri bildiriblər ki, öz ərazilərinin bir hissəsi hesab etdikləri Tayvanla ABŞ arasında istənilən rəsmi əlaqəyə qəti şəkildə qarşıdırlar.
“Heç nə Çini milli suverenlik və ərazi bütövlüyünü dəstəkləməkdən çəkindirə bilməz”, - deyə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Tszyan vurğulayıb.
Xatirə SADİQ