SEPAH İmam Mehdinin zühuruna hazırlaşır - RƏSMİ
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanının müavini Hüseyn Mərufi ölkəsinin ideoloji müharibə apardığını bəyan edib.
SAVASHMEDIA.az xəbər verir ki, Hüseyn Mərufi İranın ideoloji və etiqadi mübarizə apardığını bildirərək, bu mübarizənin əsas məqsədinin İmam Mehdinin zühuruna zəmin yaratmaq olduğunu deyib.
"Biz ideoloji və etiqadi müharibədəyik. Məqsəd zühura (İmam Mehdinin gəlişinə) zəmin yaratmaq və İslamın tam bərqərar olmasına nail olmaqdır", - SEPAH rəsmisi vurğulayıb.
Oğuz