Tramp və Putinin elçilərinin ortaq biznesi var - İqor Eydman
ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoffun və Rusiya prezidentinin xüsusi ülçisi Kiril Dmitriyevin Yaxın Şərqdə və Səudiyyə Ərəbistanında ortaq biznesi var.
SAVASHMEDİA.az xəbər verir ki, bunu Berlində yaşayan rusiyalı sosioloq İqor Eydman ukraynalı jurnalist Alesya Batsmana müsahibəsində deyib.
“Bu ki, birbaşa maraqların toqquşmasıdır. Uitkoff necə danışıqlar apara bilər?” sualına sosioloq belə cavab verib:
“İndi ABŞ-də, ən azı respublikaçıların administrasiyasında vəziyyət elədir ki, heç kimin vecinə deyil... Rusiya Birbaşa İinvestisiya Fondu Səudiyyə Ərəbistanına, bu meqalayihələrə fəal şəkildə sərmayə qoyur. Uitkoff və onun adamları orada “otlayır”.
“Əgər Dmitrievlə Uitkoffun Səudiyyə Ərəbistanında ümumi biznesi olduğunu söyləyirsinizsə, Dmitriyev isə ümumiyyətlə müstəqil şəxs deyil, faktiki olaraq Putinin pulunu saxlayandır, belə çıxır ki, Uitkoffun Putinlə ortaq biznesi var?” sualına cavabında İqor Eydman bunu təsdiqləyib.
“Əslində, bəli. Uitkoffun Blavatnik ilə ortaq biznesi olması barədə tamamilə açıq məlumat da var. Bu, Rusiya Federasiyasının reallıqlarına dərindən qərq olmuş rus əsilli amerikalı milyarderdir...”, - deyə mərhum Boris Nemtsovun dayısı oğlu vurğulayıb.
Qeyd edək ki, Kiyevdə anadan olmuş rusiyalı maliyyəçi, investor və diplomat Kiril Dmitriyev 2011-ci ildən Rusiya Birbaşa İnvestisiya Fondunun baş direktorudur. Hazırda o, ABŞ-Rusiya danışıqlarında Purinin xüsusi nümayəndəsi kimi iştirak edir.
Leonid Blavatnik isə Amerika və Britaniya sahibkarıdır. Vaxtilə Odessada dünyaya gəlmiş, sonra ailəsi ilə birlikdə Rusiyaya, 1978-ci ildə isə Amerikaya köçmüş bu şəxs hazırda Böyük Britaniyanın ikinci ən zəngin şəxsi hesab olunur. Hazırda Londonda yaşayan bu sahibkarın var-dövləti 2024-cü ildəki məlumata əsasən 29 milyard funt sterlinqdən artıq qiymətləndirilir. O, 1990-cı illərdə vaxtilə sinif yioldaşı olmuş Viktor Vekselberqlə ortaqlıqda Rusiyada həyata keçirilən alüminium və neft sənayesinin özəlləşdirilməsi hesabına zənginləşib.
Xatirə SADİQ