"Bu müharibə dayandırılmalıdır" - Tramp
Donald Tramp administrasiyasının bütün diqqətini Rusiyanın Ukraynaya qarşı müharibəsinə yönəldəcəyini bildirib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Floridada keçirilən tədbir zamanı çıxış edən Donald Tramp müharibə nəticəsində ölənlərlə bağlı təəssüfləndiyini deyib.
“Biz Rusiya və Ukrayna ilə çox israrlı işləyəcəyik. Bu (müharibə - red.) dayandırılmalıdır. Rusiya və Ukrayna dayanmalıdır. Biz bunun üzərində işləyəcəyik”, - deyə Tramp vurğulayıb.
Seçkilərdə qələbəsini elan edərkən Tramp dünyada müharibələrə son qoymağı planlaşdırdığını vəd etmişdi. O, semkiqabağı kampaniya dövründə dəfələrlə qeyd edirdi ki, Ukraynadakı müharibəni 24 saat ərzində bitirəcək.
Xatirə SADİQ