Keçmiş teleaparıcı “Amerikanın səsi”nin direktoru olacaq
Keçmiş teleaparıcı və Arizona senatorluğuna namizəd Kara Leykin namizədliyi hökumət tərəfindən maliyyələşdirilən “Amerikanın səsi” (VOA) yayımçısının direktoru vəzifəsinə irəli sürüb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Truth Social" sosial şəbəkəsində ABŞ prezidentliyinə namizəd Donald Tramp yazıb.
“Leyk saxta xəbərlər mediasının yaydığı yalanlardan fərqli olaraq Amerikanın azadlıq və müstəqillik dəyərlərinin bütün dünyada ədalətli və dəqiq şəkildə yayımlanmasını təmin edəcək”, - deyə Tramp bildirib.
Tramp ilk prezidentlik dövründə “Amerikanın Səsi”ni tənqid edərək “onların dedikləri ölkəmizə münasibətdə iyrəncdir” demişdi. O, hətta “Amerikanın Səsi”ni Çin təbliğatını gücləndirməkdə ittiham edirdi.
“The Guardian” xatırladıb ki, Leyk təxminən 30 il ərzində “Finiks” telekanalında xəbər aparıcısı olub. O, sosial mediada, o cümlədən COVID-19 pandemiyası ilə bağlı bir sıra mübahisəli bəyanatlardan sonra 2021-ci ildə kanaldan ayrılıb.
Leyk 2022-ci ildə Arizona qubernatorluğuna namizədliyini irəli sürsə də, məğlub oldu. Lakin o, seçki saxtakarlığının qurbanı olduğunu iddia edərək, məğlubiyyətini etiraf etmədi. Leyk immiqrasiya məsələlərində sərt xəttin həyata keçirilməsi tərəfdarıdır. O, 20 ildən çoxdur Trampı dəstəkləyir.
Qeyd edək ki, VOA ikinci Dünya müharibəsi zamanı təsis edilib. Hazırda beynəlxalq media şirkəti kimi internet, radio və televiziyada 40-dan çox dildə yayımlanır. 2022-ci ilə olan məlumata görə, VOA-nın həftəlik dünya auditoriyası təqribən 326 milyon olub. Hər il media şirkətin fəaliyyətinə təxminən 270 milyard dollar vəsait xərclənir.
Xatirə SADİQ