"Suriyanın əvvəlki rejimi Azərbaycana problem yaradırdı" - Hikmət Hacıyev
“Suriyanın əvvəlki rejimi bir sıra beynəlxalq təşkilatlarda Azərbaycana problem yaradırdı. Amma bundan sonra yaxşı olacağına ümid edirik”.
SAVASHMEDİA.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.
“Suriyadakı məsələlərlə bağlı Türkiyə Prezidenti ilə Azərbaycan Prezidenti arasında telefon danışığı olub, Suriya xalqına təbriklər çatdırılıb. Azərbaycan tərəfi bundan sonrakı dövrdə qardaş Türkiyə ilə birgə məsləhətləşmələr əsasında Suriya ilə münasibətləri davam etdirəcək.”