"Emosional anlar vardı, amma təhqirlər olmadı" - Hakan Fidan
Türkiyənin xarici işlər naziri Fidan Rusiya və Ukrayna nümayəndə heyətləri arasında İstanbulda keçirilən görüşdən danışıb.
SAVASHMEDİA.az xəbər verir ki, Hakan Fidan TRT kanalına müsahibəsində İstanbulda nümayəndə heyətlərindən peşəkar yanaşma gördüyünü bildirib.
"Təbii ki, peşəkarlıq var. Mən bunu görürəm. Bəli, bəzən insanlarda emosional anlar olur, əsəbi ola bilirlər, amma ümumilikdə emosiyaların səviyyəsi gözlədiyimdən xeyli aşağı olur. Qızğın müzakirələr, təhqirlər, ittihamlar və sair olmayıb. Artıq hər kəs bu müharibədə öz mövqeyini anlayır ki, irəliləməyə çalışırlar. Bu, yaxşı danışıqlar idi".