AFFA hakim təyin etməyi unutdu, oyun baş tutmadı - RÜSVAYÇILIQ
Azərbaycan futbolunda növbəti biabırçı hadisə yaşanıb.
SAVASHMEDİA.az xəbər verir ki, AFFA U-15 Liqası çərçivəsində keçirilməli olan EFA – “Qəbələ” oyunu baş tutmayıb. Bu barədə bölgə təmsilçisinin baş məşqçisi Namiq Hacızadə məlumat yayıb.
Qarşılaşmanın baş tutmamasına səbəb isə AFFA Hakimlər Komitəsinin görüşə hakim təyin etməyi unutması olub:
“Deyirik ki, futbolumuz niyə bu gündədir. U-15 Liqasında keçirilməli olan EFA – “Qəbələ” oyunu baş tutmayıb. Səbəb isə həm gülməli, həm ağlamalıdır. Uşaq futboluna nəzarət edən hörmətli şəxslər oyuna hakim təyin etməyi unudub. Qəbələdən Bakıya gedən komandamız 16:30-a kimi gözləyib, sonra geri qayıdıb. Bu, hələ U-15 Liqasıdır. İnanın, daha aşağı liqalarda olan biabırçılıqlar lap dəhşətdir”.