Tramp kubok təqdimatında fitə basıldı, podiumu tərk etmədi - Həmin VİDEO
DÇ-2026-nın finalından sonrakı kubokun təqdimetmə mərasimi İspaniyanın çempionluğundan daha çox ABŞ Prezidenti Donald Trampla bağlı yaşanan qalmaqalla yadda qalıb.
SAVASHMEDIA.az xəbər verir ki, Tramp FİFA prezidenti Canni İnfantino ilə birlikdə meydana çıxarkən tribunalardan fit və etiraz səsləri eşidilib.
Bununla belə, medal və kubokun təqdimat mərasimi planlaşdırıldığı kimi davam edib.
Mərasimin ən çox müzakirə olunan məqamı isə Trampın kuboku təqdim etdikdən sonra podiumu dərhal tərk etməməsi olub. O, bir müddət İspaniya futbolçularının yanında qalaraq çempionluq sevincini izləyib. Bunun protokola uyğun olmadığını xatırladan beynəlxalq media hadisəni "anlaşılmaz və qəribə anlar" kimi dəyərləndirib.
Videogörüntülərdə FİFA prezidenti Canni İnfantinonun Donald Trampa podiumun kənarına keçməsi üçün jest etdiyi görünür. Lakin Tramp dərhal kənara çəkilməyərək bir müddət də İspaniya futbolçularının yanında qalıb.
Qeyd edək ki, DÇ-2026 finalında İspaniya əlavə vaxtda Argentinanı 1:0 hesabı ilə məğlub edərək tarixində ikinci dəfə dünya çempionu olub.
Oğuz