Bu qol DÇ-2026-nın ən yaxşısı seçildi - Bu da VİDEOSU

2026-cı il dünya çempionatının ən yaxşı qolu müəyyənləşib.

Jul 27, 2026 - 23:12
Bu qol DÇ-2026-nın ən yaxşısı seçildi - Bu da VİDEOSU

SAVASHMEDİA.az xəbər verir ki, FİFA-nın azarkeşlər arasında keçirdiyi səsvermənin nəticələrinə əsasən, Kabo-Verde millisinin müdafiəçisi Sidni Lopes Kabralın Argentina ilə 1/16 final oyununda vurduğu qol turnirin ən yaxşısı seçilib.

Kabral sözügedən görüşün əlavə vaxtının 103-cü dəqiqəsində fərqlənib. O, səsvermədə Özbəkistan millisinin hücumçusu Eldor Şomurodov və Haiti yığmasının futbolçusu Vilson İsidoru qabaqlayıb.

Mükafata namizədlər arasında Kilian Mbappe, Lionel Messi, Cud Bellinqem və Ferran Torres də yer alıblar.

Oğuz