"Fənərbaxça”dan dünənki dava ilə bağlı BƏYANAT - Hər şey bu söyüşdən başlayıb + VİDEO

Türkiyə Superliqasının 9-cu turunda keçirilən “Qalatasaray” - "Fənərbaxça” derbisi gərgin anlarla yadda qalıb.

Oct 27, 2026 - 17:17
"Fənərbaxça”dan dünənki dava ilə bağlı BƏYANAT - Hər şey bu söyüşdən başlayıb + VİDEO

SAVASHMEDİA.az xəbər verir ki, hakimin final fitindən sonra futbolçular arasında gərginlik yaşanıb. 

Əvvəlcə iki futbolçu arasında başlayan sözlü mübahisə daha sonra meydandakı bütün futbolçuların əlbəyaxa davasına çevrilib. Onları ayırmaq üçün meydana polislər daxil olub.

Baş verənlərə görə “Qalatasaray”ın müdafiəçisi Abdülkerim Bardakçı və “Fənərbaxça”nın futbolçusu Arçi Braun qırmızı vərəqə alıblar.

Bu gün isə “Fənərbaxça” klubu bəyanat yayıb. Bəyanatda hadisənin baş verməsinə səbəb olanların heç bir tərəfkeşlik güdülmədən cəzalandırılması tələb olunub:

“Dünən axşam keçirilən derbi matçında futbolçularımıza qarşı edilən şifahi və fiziki hücumları şiddətlə qınayırıq.

Kerem Aktürkoğluna qarşı təhrikedici sözlərlər və söyüşlərlə başlayan, “Qalatasaray”ın analiz qrupunun əməkdaşı Serhat Doğanın Matteo Gunduziyə fiziki hücumu ilə gərginləşən və Abdülkerim Bardakçının futbolçumuzun saçını dartması ilə davam edən hadisələr qəbuledilməzdir.

Derbi rəqabəti və gərginliyi heç kimə futbolçularımıza hücum etmək hüququ vermir. Baş verənlər “derbi gərginliyi” adı altında ört-basdır edilə bilməz. Rəqib komandanın üzvlərinin bu davranışı gərginliyi azaltmaq əvəzinə, hadisələri daha da alovlandırıb.

Türk futbolunun sakitliyə ehtiyac duyduğu bir dövrdə klubumuz məsuliyyətli davrandığı halda, qalib komandanın qonaqpərvərliyinə yaraşmayan bu hərəkətlər cəzasız qalmamalıdır.

Hadisələrdə iştirak edən hər kəsin hərəkətləri tam və hərtərəfli araşdırılmalı, məsul şəxslərə qarşı zəruri intizam tədbirləri heç bir ayrı-seçkiliyə yol verilmədən tətbiq edilməlidir.

Türk futbolunda zorakılığın qarşısını almağın yolu məsul şəxsləri cəzasız qoymamaqdır”.

Banu