Azərbaycanın "qara siyahı"ya saldığı türkiyəli məşhur SAXLANILDI

Türkiyədə “Köklü Değişim Medya”nın İstanbul təmsilçisi Muhammed Emin Yıldırım saxlanılıb.

Oct 27, 2026 - 01:39
Azərbaycanın "qara siyahı"ya saldığı türkiyəli məşhur SAXLANILDI

SAVASHMEDİA.az xəbər verir ki, onun hansı paylaşımlarına görə saxlanıldığı və barəsində hər hansı rəsmi ittihamın irəli sürülüb-sürülmədiyi barədə ətraflı məlumat verilməyib.

Xatırladaq ki, Muhammed Emin Yıldırım Azərbaycanın Xarici İşlər Nazirliyi tərəfindən “arzuolunmaz şəxslər” siyahısına daxil edilən 31 Türkiyə vətəndaşından biridir. 

O, Azərbaycanda məktəblərdə hicabla bağlı müzakirələr zamanı da açıqlamaları ilə gündəmə gəlib.

Oğuz