Məşhur müğənni vəfat etdi - Ailəsi təsdiqlədi + FOTO
İngiltərəli müğənni, bəstəkar Ozzi Osborn vəfat edib.
SAVASHMEDİA.az xəbər verir ki, 76 yaşlı müğənninin ölüm xəbərini ailəsi yayıb.
Osborn bir neçə həftə əvvəl verdiyi son konsertində səhnə ilə vidalaşdığını bildirib. Məşhur müğənni 2020-ci ildən parkinson xəstəliyindən əziyyət çəkirdi.
Ağır metal rokun əfsanəsi hesab olunan Osborn “Black Sabbath” qrupunun vokalisti idi.
Qeyd edək ki, səhnəyə bəzən yarıçılpaq, bəzən də qara paltarda çıxan Osborn sözləri, davranışları və çıxışları ilə tez-tez mühafizəkar dairələrin hədəfinə çevrilirdi.
Banu
Ozzy Osbourne