Sabah bu şəhərdə qaz olmayacaq

Sabah Saatlı şəhərində qaz təchizatı dayandırılacaq.

Oct 26, 2026 - 19:35
Sabah bu şəhərdə qaz olmayacaq

Bu barədə SAVASHMEDİA.az-a "Azəriqaz" İstehsalat Birliyindən bildirilib.

Məlumata görə, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar sabah saat 10:00-dan işlər yekunlaşanadək Saatlı şəhər mərkəzinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.