“Biz danışıqların bərpasına hazırıq” - Netanyahu
İsrailin baş naziri Binyamin Netanyahu Qəzza zolağında saxlanılan bütün girovları azad etmək və müharibəni dayandırmaq üçün danışıqları dərhal bərpa etməyə hazır olduğunu bəyan edib.
SAVASHMEDİA.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bunu İsrailin baş naziri Binyamin Netanyahu hərbçilər qarşısında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu danışıqlar İsrail üçün məqbul şərtlərlə aparılmalıdır. Lakin Netanyahu onu da vurğulayıb ki, əvvəlki kimi HƏMAS-ı məğlub etmək və Qəzza şəhərini ələ keçirmək planlarını təsdiqləmək niyyətindədir.
“Reuters” yazır ki, belə cavab Misir və Qətərin müvəqqəti atəşkəs təklifi irəli sürməsindən sonra gəlib və HƏMAS bunu qəbul edib.
Xatirə SADİQ