Lukaşenko etiraf etdi - “Hakimiyyətdə bir az çox qalmışam” + VİDEO

Belarus prezidenti Aleksandr Lukaşenko hakimiyyətdə “bir az çox” qaldığını etiraf edib.

May 8, 2025 - 15:20
Lukaşenko etiraf etdi - “Hakimiyyətdə bir az çox qalmışam” + VİDEO

SAVASHMEDİA.az “Zerkalo” nəşrinə istinadən xəbər verir ki, bunu Lukaşenko Minskdə keçirilən Beynəlxalq Sərgi Mərkəzinin açılışındakı çıxışı zamanı deyib. 

O, vətəndaşları bir az da səbirli olmağa çağırıb: “Sizə söz verdiyim kimi, faktiki olaraq hakimiyyətə yeni nəsil gətirilib. Hə, mən bir az ləngimişəm, amma səbr edin. Təcrübəli insanlar da axı olmalıdır. Bizdə onlar var. Amma gənclik gəlib”.

Eyni zamanda, Lukaşenko qeyd edib ki, gənclik artıq kifayət qədər gənc deyil: “Siz baxın və nəticə çıxarın ki, bizim gənclər nəyə qadirdir. Hə, necə gənclik? Yeni nəsil, gələcək nəsil – 50 (yaş - red.) və daha çox. O artıq o qədər də gənclik deyil”.

Lukaşenko hesab edir ki, onun qarşısında duran insanların ölkəni “bir o qədər də özləri üçün deyil, övladları üçün” qorumaq istədiklərinə əmindir. 

Xatırladaq ki,  Lukaşenkonun 70 yaşı var. O, 1994-cü ildən, yəni 30 ildən artıqdır ki, Belarusa rəhbərlik edir.

Xatirə SADİQ