"Messi onlara pul qazandırır deyə..." – Misirin baş məşqçisindən FİFA-ya ittiham

Misir millisinin baş məşqçisi Hossam Həsən DÇ-2026-nın 1/8 finalında Argentinaya 2:3 hesabı ilə uduzduqları oyundan sonra sərt açıqlamalar verib.

Jul 8, 2026 - 01:21
Jul 8, 2026 - 01:29
"Messi onlara pul qazandırır deyə..." – Misirin baş məşqçisindən FİFA-ya ittiham

SAVASHMEDİA.az-ın xəbərinə görə, nəticəni ədalətsiz adlandıran baş məşqçi komandasının hakim qərarları nəticəsində məğlub olduğunu iddia edib.

Təcrübəli mütəxəssis bəzi mübahisəli epizodlarda VAR-ın müdaxilə etməməsindən narazı qaldığını vurğulayıb. O, FİFA-nı açıq şəkildə tənqid edərək, qurumu ədalətsizlikdə günahlandırıb.

"FİFA Messinin və Argentina millisinin mundialda mümkün qədər irəliləməsini istəyir. Messinin turnirdə qalması kommersiya baxımından çoxlarına sərf edir", - Misir millisinin baş məşqçisi bildirib.

Misirli mütəxəssis belə bir dünya çempionatını izləməyin mənası olduğunu söyləyib. O, mundialın qalan oyunlarını izləməyəcəyini də açıqlayıb.

Qeyd edək ki, Misir Argentina ilə qarşılaşmada 2:0 hesabı ilə irəlidə olsa da, rəqib ikinci hissədə geridönüş edərək 3:2 hesablı qələbə qazanıb və 1/4 finala yüksəlib. 

Aytən