Ukraynaya milyardlarla dollar yardım ayrılacaq - ABŞ Konqresi Trampa qarşı
“ABŞ Konqresində Prezident Donald Trampın mövqeyinə zidd olaraq, 2027-ci ilin əvvəlində Ukraynaya milyardlarla dollar dəyərində hərbi və humanitar yardım paketinin ayrılmasına nail olmaq niyyətindədirlər”.
SAVASHMEDİA.az xəbər verir ki, bunu “Politico” nəşri yazıb.
Məlumata görə, qanunvericilər zərurət yaranacağı təqdirdə prezidentin vetosunu dəf etmək üçün Respublikaçılar Partiyasının nümayəndələrinin dəstəyini qazanmağa çalışırlar.
Demokratlar Partiyasından olan senatorlar Tim Keyn və Endi Kim Halifaxda keçirilən Beynəlxalq Təhlükəsizlik Forumunda Kiyevə yeni yardım paketinin hazırlanması istiqamətində iş aparıldığını bildiriblər.
Qeyd edək ki, bundan əvvəl Donald Trampın Rusiya Prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının Sədri Si Cinpinlə Çinin Şençjen şəhərində keçirdiyi danışıqlardan sonra Berlinə zəng edərək Ukraynaya gələcək hərbi yardım məsələsi ilə bağlı sərt sual ünvanladığı bildirilmişdi.
Rusiya Prezidenti Vladimir Putin isə ABŞ və Çin liderləri ilə üçtərəfli sammitin yekunlarına dair açıqlamasında Moskvanın Ukraynanın da Rusiya kimi təhlükəsizlik hüququna malik olduğunu qəbul etdiyini bəyan etmişdi.
Banu