Tramp İrana hərbi zərbələri bərpa edəcək - VAXTI AÇIQLADI

ABŞ Prezidenti Donald Tramp İranla razılaşma əldə olunmayacağı təqdirdə bu ölkəyə qarşı hərbi zərbələrin yenidən bərpa edilə biləcəyini istisna etməyib.

Nov 23, 2026 - 01:12
Tramp İrana hərbi zərbələri bərpa edəcək - VAXTI AÇIQLADI

SAVASHMEDİA.az xəbər verir ki, o bu barədə “Fox News”a müsahibəsində bildirib.

Trampın sözlərinə görə, Tehranla danışıqlar davam etsə də, İran nümayəndələri açıqlamalarında getdikcə daha aqressiv mövqe nümayiş etdirir və danışıqlar prosesini uzatmağa çalışırlar:

“Onlar daim danışırlar, etdikləri yeganə şey danışmaqdır, amma bütün bunlar cəfəngiyyatdır”.

Tramp ABŞ hərbçilərinin İrana qarşı hücumları Yeni ildən sonra yenidən başlada biləcəklərini bildirib.

Xatırladaq ki, bundan əvvəl İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü Əbülfəzl Zöhrəvənd bəyan etmişdi ki, ABŞ İranın Yaxın Şərqdəki münaqişənin həlli ilə bağlı irəli sürdüyü şərtləri qəbul etməsə, Tehran müharibəyə başlamağa tam hazırdır.

Banu