"Pivə, konyak içib, anlaşaq" - Putin, Tramp və Cinpinə çağırış etdi
Braziliya Prezidenti Luis İnasio Lula da Silva Rusiya, ABŞ və Çin liderlərini bir araya gələrək dünyada zorakılığa son qoymağa çağırıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “CNN Brazil” məlumat yayıb.
Lula da Silva bildirib ki, o, Vladimir Putin, Donald Tramp və Si Cinpinə zəng edərək birlikdə oturub pivə, viski və ya konyak içməyi, eyni zamanda problemləri müzakirə etməyi təklif edib:
“Allah xatirinə, bir araya gəlin, pivə, konyak və ya viski için, amma danışın və zorakılığa son qoyun”.
Braziliya prezidenti əlavə edib ki, telefon danışığından sonra üç lider bir araya gəlib. Ancaq bunun öz zəngi ilə əlaqəli olub-olmadığını bilmir.
Qeyd edək ki, noyabrın 19-da Vladimir Putin, Donald Tramp və Si Cinpin üçtərəfli görüş keçirib və onun yekununda sülh haqqında bəyannamə qəbul ediblər.
Banu