Həftəbecər - 4

Səssiz kino meydana gələndə, Qreta Qarbo artıq məşhur artist idi. Rejissor ehtiyat edirdi ki, onun xırıltılı, bir az da kobud səsi tamaşaçıların xoşuna gəlməz. Lakin auditoriya onu belə səslə də qəbul etdi və sevdi.

Jun 2, 2025 - 11:11
Həftəbecər - 4

* Yenə də Avropa, yenə gey-parad. Bu dəfə Macarıstandan tələb edirlər ki, kişiyə qadın olmaq istəyən kişilərə küçəyə çıxıb “Kişi sevirəm!” bağırmağa icazə verilsin. Baş nazir Pisoğlan Orbanı hədələyirlər ki, İttifaqdakı səsini alıb, pulunu verməyəcəklər.

Bu oğlan 3 ildən çoxdur Ukraynaya yardıma əngəl törədir, faşist rusiyası ilə əməkdaşlıq edir – susdurmurlar, göy, çəhrayı parada çatanda, Avropa hiddətləndi, dözmədi.

Orbanın yerində ola bilmərəm, amma olsaydım, deyərdim: “Parad sizə qurban, bir şərtlə ki, Makron, Kapron, Dekameron Budapeştə gəlib yürüşdə şəxsən iştirak etsinlər. Köynəksiz, şalvarsız, abırsız”...

 * Fil balasını bətnində 22 ay gəzdirir. Doğularkən çəkisi 120-150 kiloqram olur. Həyatının ilk iki ilində bala fil xortumunu idarə edə bilmir və çox gülünc görünür. Filin xortumunda 500 müstəqil əzələ var.

 * Hətta paket-paket sanksiyalar tətbiq edildikdən sonra da Rusiya karbohidrogen ixracından 1 milyard dollar əldə edirdi. İldə? Xeyr, gündə. Müstəmləkə xalqlarının torpaqları var olsun!

 * Tramp seçildikdən və bir daha hakimiyyətə gəldikdən sonra Putin bütün kadrlarda artıq fikirli deyil, şən və üzügülərdir.

 * Don Tranpın qəbul etdiyi ilk iqtisadi qərardan sonra Rusiyanın iri sənaye şirkətləri bir gündə 2,2 milyard dollar varlandı.

 * Məşhur mafiozi Donna Trampioni qısa müddət ərzində Qrenlandiyanı, Kanadanı, Meksikanı, Panamanı, Qəzza bölgəsini zəbt etdi, Ukraynanın nadir yeraltı sərvətlərini və Zaporojye atom elektrik stansiyasını ələ keçirdi. Bir damla da qan tökmədən. Sözdə...

 * Amerikanın həbsdən azad etdiyi bütün casusları Putin özü qarşılayır, salamlayır, gələcək həyatına prezident təminatı verir. Anna Çapman “Qazprom-media”nın vitse-prezidenti təyin edildi, Mariya Butina ölkə parlamentinin deputatı oldu. Qalanları əvvəlki işlərinə qayıtdılar.

Bunu görən agent Tramp-tararamp nəşəxor Fogeli ağappaq evdə qəbul edib, işarə ilə bildirdi: “Lazım olanda – kabinetimdən götür. Məndə və İlonda həmişə var...”.

 * “Artist peşəsi yaxşı şeydir. Filmə çəkiliş zamanı kiminlə olsa öpüşə bilərsən. Hamısı da tamamilə qanunidir”.

Bu sözləri Hollivud ulduzu Emma Tompsom deyib.

Təsdiqlədi,

A.ƏZİZ