Boris Conson Ukraynanı təbrik etdi - "Putini sıxmağın vaxtıdır"
Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson Ukraynanı Rusiyanın strateji nüvə bombardmançılarını məhv etdiyinə görə təbrik edib.
SAVASHMEDİA.az xəbər verir ki, o, həmin hücumu "parlaq xüsusi əməliyyat" adlandırıb:
"Ukraynanı Rusiya Hərbi Hava Qüvvələrinə endirdiyi möhtəşəm zərbə münasibəti ilə təbrik edirəm. Ukraynalılar əyilməzdirlər və texnoloji cəhətdən parlaqdırlar. Onlar yalnı hərbi hədəfləri vurmağa çalışırlar, Putin isə fərq qoymadan mülki insanları öldürür".
Boris Conson sonda çağırış edib: "Putini sıxmağın və bu müharibəyə son qoymağın vaxtıdır”.
Oğuz
Congratulations to Ukraine on the superb strike against Russia’s air power. The Ukrainians are indomitable and technologically brillliant. They do their best to hit military targets while Putin indiscriminately slaughters civilians.
Time for the UK and EU to back Lindsey… https://t.co/SnTdqlDXRF — Boris Johnson (@BorisJohnson) June 1, 2025