“Donald Tramp günahkardır…” 

ABŞ-nin vitse-prezidentliyə namizədləri Tim Uols (demokrat) və Cey Di Vens (respublikaçı) Yaxın Şərqdəki müharibəni və İsraillə İran arasında qarşılıqlı zərbələri müzakirə ediblər. 

Oct 2, 2024 - 11:21
“Donald Tramp günahkardır…” 

SAVASHMEDİA.az xarici KİV-ə istinadən xəbər verir ki, bu, onların seçkiqabağı kampaniya dövründə keçirilən və “CBS News” telekanalında yayımlanan yeganə debatı zamanı baş verib. 

C.D.Vens deyib ki, İsrail İrana zərbə vurub-vurmamaq barədə özü qərar verməlidir. “Bu, İsraildən, ölkəsinin təhlükəsizliyini təmin etmək üçün nə tələb olunduğunu düşünməsindən asılıdır. Biz harda olurlarsa-olsunlar, pis adamlarla mübarizə apararkən müttəfiqlərimiz dəstəkləməliyik”, - deyə respublikaçıların namizədi vurğulayıb.

Onun rəqibi Tim Uols “İsrailin İrana hücumunu bəyənərmi?” sualına cavab verərkən Donald Trampı tənqid edib: “Donald Trampın savadsız rəhbərliyi səbəbindən İran indi əvvəlkindən daha çox nüvə silahı yaratmağa yaxındır”. 

Qeyd edək ki, yerli şirkətlərin apardıqları sorğulara görə, seçicilər arasında Uolsun namizədliyini 42 faiz, Vensin isə 27 faiz dəstəkləyir. 

Xatırladaq ki, ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək.

Xatirə SADİQ