"Hərədən 1000 tl yığsaq, onu satın ala bilərik" - CHP-li bələdiyyə sədri 

Türkiyənin “Qalatasaray” klubu “Napoli”dən icarəyə götürdüyü nigeriyalı forvard Viktor Osimhenin transferi üçün səfərbər olub.

Apr 30, 2025 - 22:21
"Hərədən 1000 tl yığsaq, onu satın ala bilərik" - CHP-li bələdiyyə sədri 

SAVASHMEDİA.az xəbər verir ki, CHP-nin Uşak bələdiyyə başqanı Özkan Yalım Osimhenlə bağlı paylaşım edib.

Yalım paylaşımda Qalatasaray azarkeşlərini dəstəyə çağırıb:

“Bütün qalatasaraylı azarkeşlərimizə səslənirəm. Hərəmiz klubumuzun hesabına 1000 tl ianə etsək, Osimheni transfer edə bilərik. Nə deyirsiniz?”

Xatırladaq ki, ötən gün italiyan jurnalist Nikolo Şira “Napoli”nin Osimhenin transferi üçün Səudiyyə Ərəbistanının “Əl Hilal” klubu ilə razılaşdığını yazıb.

Banu

Fotoda Viktor Osimhen