“Rusiyalıların məhsuldar dialoqa hazır olduğuna əmin deyiləm” - Zelenski
Vilnüsə səfəri çərçivəsində Ukrayna prezidenti Volodimir Zelenski bu gün İstanbulda aparılan danışıqlara münasibət bildirib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Novini.Live” məlumat yayıb.
Amma Ukrayna prezidenti qeyd edib ki, buna baxmayaraq, Ukrayna müəyyən qərarlara ümid edir.
“Qeyd-şərtsiz atəşkəs və övladlığa götürülmüş uşaqların geri qaytarılması kimi humanitar məsələlər mühümdür. Və təbii ki, əsirlərin mübadiləsi, mülki şəxslərin, jurnalistlərin, siyasi məhbusların azadlığa buraxılması. Onların hamısının sağ-salamat qaytarılması vacibdir. Bu, ən əsas məsələdir”, - deyə Zelenski vurğulayıb.
Qeyd edək ki, Zelenski Litvaya “Buxarest Doqquzluğu” və Şimali Avropa ölkələrinin sammitində iştirak etmək üçün yollanıb.
Xatirə SADİQ