Ukraynalılar İstanbulda ruslardan öncə onlarla görüşdülər
Rusiya nümayəndə heyəti ilə İstanbuldakı danışıqlardan əvvəl Ukrayna heyətinin bəzi üzvləri Almaniya, İtaliya və Böyük Britaniyanın nümayəndələri ilə görüşüblər.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Georgi Tixi “X” sosial şəbəkəsində yazıb.
Onun sözlərinə görə, görüşdə Ukrayna tərəfini xarici işlər nazirinin birinci müavini Sergey Kislitsa və Ukrayna nümayəndə heyətinin üzvü Aleksandr Bevz təmsil ediblər.
Tərəflər Ukrayna və Rusiya nümayəndə heyətlərinin bugünkü görüşü ərəfəsində öz mövqelərini razılaşdırıblar. Ukrayna nümayəndə heyətinin üzvləri Kiyevin sülh səylərinə sadiqliyini bir daha təsdiqləyiblər.
XİN sözçüsü bildirib ki, gündəmdəki məsələlər, o cümlədən liderlərin görüşü, tam atəşkəs və humanitar etimadın yaradılması tədbirləri barədə ətraflı danışılıb.
Xatirə SADİQ