Zelenskidən "kartın yoxdur" deyən Trampa "qırmızı kart" - “The Washington Post” 

ABŞ-nin nüfuzlu nəşri “The Washington Post” Rusiya aerodromlarına hücumu Yaponiyanın Perl Harbora hücumu ilə müqayisə edib bə bu hadisəni Ukraynanın müharibə qaydalarını yenidən yazması kimi qiymətləndirib.

Jun 2, 2025 - 14:01
Zelenskidən "kartın yoxdur" deyən Trampa "qırmızı kart" - “The Washington Post” 

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “The Washington Post”un köşə yazarı Maks Butun məqaləsində deyilir.

Onun sözlərinə görə, ukraynalılar dünyanın bütün generallarını yuxudan məhrum edəcək zəif nöqtəni aşkarlayıblar.

“Əgər ukraynalılar Rusiya kimi bir polis dövlətində dronlarla böyük hava bazalarına bu qədər yaxın yol tapıblarsa, çinlilərin ABŞ-nin hava bazalarına eyni davranışına nə mane ola bilər? Ya da pakistanlıların Hindistan hava bazalarına? Ya da şimali koreyalıların Cənubi Koreya aviabazalarına?”, - deyə müəllif vurğulayıb.

Onun sözlərinə görə, indi aviabazalardakı hərbçilər bu təhlükəni də nəzərə almalıdırlar və bu, dron əleyhinə sistemə böyük investisiyalar yatırılmasını tələb edəcək.

“Fevral ayında Trampla Zelenski arasında Oval kabinetdəki bədnam mübahisə zamanı ABŞ prezidenti ukraynalı həmkarına “Sizin heç bir kartınız yoxdur” dedi. Amma Zelenski isə indicə, əgər belə demək mümkündürsə, öz kartını ukraynalı qabiliyyəti ilə oynadı. Müharibə başlayandan bəri Rusiya silahlı qüvvələri döyüş qabiliyyətini artırsa da, ukraynalılar ardıcıl olaraq düşmənlərindən daha cəsur və bacarıqlı olduqlarını daim nümayiş etdirirlər”, - deyə But əlavə edib.

Xatirə SADİQ