Türkiyə Ukrayna müharibəsinə girə bilər – Rusiyadan SƏRT XƏBƏRDARLIQ!

“Türkiyənin Qara dənizdəki hücumlar səbəbindən Ukrayna ilə münaqişəyə müdaxilə ehtimalı var”.

Aug 21, 2026 - 17:02
Türkiyə Ukrayna müharibəsinə girə bilər – Rusiyadan SƏRT XƏBƏRDARLIQ!

SAVASHMEDİA.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Beynəlxalq Məsələlər Komitəsinin sədr müavini Aleksey Çepa bildirib.

“Əlbəttə, belə bir ehtimal var və bu ehtimal böyükdür. Biz bu məsələ ilə bağlı İranın da sərt bəyanatlarını eşitdik və Ukrayna geri addım atdı”, – deputat qeyd edib.

Çepa deyib ki, müəyyən mərhələdə Qara dənizdəki vəziyyətə cavab tədbirləri görülə bilər:

“Aydındır ki, müəyyən məqamda belə bir özbaşınalığa son qoyulacaq və təbii ki, cavab tədbirləri görüləcək. Onlar görülməlidir, çünki bu, bir sıra ölkələrin maraqlarına toxunur”.

Qeyd edək ki, bundan əvvəl Xerson vilayətinin qubernatoru Vladimir Saldo da Kiyevin Qara dənizdə mülki gəmilərə hücum etməklə odla oynadığını və Türkiyənin cavab tədbirləri ilə üzləşə biləcəyini bildirib.

Saldo vurğulayıb ki,  zərurət yaranarsa, Ankara Kiyevə təzyiq göstərmək məqsədilə Ukrayna gəmilərinin Bosfor və Dardanel boğazlarından keçidini məhdudlaşdıra bilər.

Banu