Eviniz bu yerə yaxındırsa, DİQQƏT! - Parkinson riski ARTIR
Quru təmizləmə müəssisələrinin yaxınlığında yaşamaq Parkinson xəstəliyinə tutulma riskini artıra bilər.
SAVASHMEDİA.az xəbər verir ki, ABŞ alimləri bu qənaətə təxminən 19 milyon yaşlı insanın məlumatlarını təhlil edərək gəliblər.
Tədqiqatın nəticələri “npj Parkinson's Disease” jurnalında dərc olunub.
Araşdırmaya görə, quru təmizləmə müəssisəsindən təxminən 150 metr məsafədə yaşayan insanlarda Parkinson xəstəliyinin inkişaf ehtimalı daha uzaqda yaşayanlarla müqayisədə 14 faiz yüksək olub.
Alimlər məsafə artdıqca bu əlaqənin zəiflədiyini müəyyənləşdiriblər. Bu əlaqə yeriş pozğunluğu, yıxılma, düşünmə qabiliyyətinin zəifləməsi kimi problemləri olan Parkinson xəstələrində daha güclü olub.
Alimlər Parkinson riskinin artmasını quru təmizləmə müəssisələrində istifadə olunan bəzi kimyəvi maddələrin, xüsusilə də trixloretilen (TCE) və perxloretilenin (PCE) uzunmüddətli təsiri ilə əlaqələndiriblər. Çünki bu maddələr müəssisələr bağlandıqdan sonra belə uzun illər torpaqda və yeraltı sularda qalır.
Banu