“Maşın şou" geri qayıdır - Elgiz, Rəqsanə, Xatun və... + DAHA KİMLƏR?

Uzun fasilədən sonra məşhur “Maşın” realiti-şousu yaxın günlərdə ekranlara qayıdacaq.

Aug 21, 2026 - 17:59
“Maşın şou" geri qayıdır - Elgiz, Rəqsanə, Xatun və... + DAHA KİMLƏR?

SAVASHMEDIA.az xəbər verir ki, layihənin yeni buraxılışı ilə bağlı tamamlama işləri görülür.

Yeni mövsümün iştirakçı siyahısı hələ tam açıqlanmasa da, şouda Elgiz Əkbər, Rəqsanə İsmayılova və Xatun Əliyevanın yer alacağı bildirilir. 

Bundan başqa, sosial şəbəkələrdə Səmra Rəhimli, Aysel Əlizadə, Səidə Sultan və Qurd kimi tanınmışların da layihəyə qatılacağı iddia olunur. 

“Maşın”ın yeni buraxılışının dəqiq başlama tarixi, iştirakçıların tam siyahısı və layihənin hansı formatda keçiriləcəyi ilə bağlı əlavə məlumatların yaxın günlərdə açıqlanacağı gözlənilir.

Qeyd edək ki, “Maşın” realiti-şousu 2005-ci ildən yayımlanır. 

Aytən