Milad yarmarkasını qan gölünə çevirən ərəb - islamdan dönmüş Taleb kimdir? + FOTOLAR
Almaniyanın Maqdeburq şəhərində avtomobilin izdihamın üstünə sürülməsi nəticəsində həlak olanların sayı beşə çatıb.
Son məlumatlara görə, hadisə nəticəsində 205 nəfər xəsarət alıb, onlardan 41-i xəstəxanada ağır vəziyyətdədir.
SAVASHMEDİA.az Almaniya mətbuatına istinadla hücumun təşkilatçısı və motivləri ilə bağlı təfərrüatları təqdim edir.
Artıq məlum olub ki, Maqdeburqdakə hücumu milliyyətcə ərəb olmasına baxmayaraq islam əleyhdarı kimi tanınan Taleb Al Abdulmohsen həyata keçirib.
O, 2006-cı ildə Səudiyyə Ərəbistanından Almaniyaya psixiatr təhsili almaq üçün gəlib və sonradan siyasi sığınacaq istəyib.
Taleb Al Abdulmohsen Səudiyyə Ərəbistanını qətllərdə və digər cinayətlərdə ittiham edib, həmçinin Almaniya hakimiyyətini islama yumşaq münasibət göstərdiyinə görə tənqid edib.
Bu fikirlərinə görə Səudiyyə Ərəbistanı onu beynəlxalq axtarışa verb. Almaniya isə Taleb Al Abdulmohsenu nəinki ekstradisiya etməkdən imtina edib, hətta 2006-cı ildə ona siyasi sığınacaq verib.
"Bild" nəşei isə yazıb ki, Milad bazarına hücum etməkdə şübhəli bilinən anti-islam fəalı sosial şəbəkələrdə dəfələrlə zorakılıqla hədələyib.
Taleb A. sosial şəbəkələrində Almaniya hakimiyyətinin səudiyyəli qaçqınlara qarşı sui-qəsdindən danışıb. O, həm də İslama nifrətdən və Almaniyanın, öz təbirincə, Avropanı islamlaşdırmaq istədiyinin narahat olduğunu ifadə edib.
O, avqustun 13-də yazıb: "Sizi inandırıram: Almaniya müharibə istəsə, biz buna nail olacağıq. Əgər Almaniya bizi (islam əleyhdarı fəalları - red.) öldürmək istəsə, ya onları öldürəcəyik, ya öləcəyik, ya da qürurla həbsə gedəcəyik".
May ayında o, bu il ölməyi və “nəyin bahasına olursa-olsun ədalətə nail olmağı” planlaşdırdığını yazıb.
Taleb A. 2023-cü ilin dekabrında yazıb: "Sizi əmin edirəm ki, 100% qisas tezliklə gələcək. Bu, mənim həyatım bahasına başa gəlsə belə. Almaniya bunun əvəzini ödəməli olacaq.
Reuters yazır ki, Səudiyyə Ərəbistanı Almaniya hakimiyyətini Taleb A-nın ekstremist fikirləri ilə bağlı xəbərdar edib. Adamın özü də tez-tez mediada çıxış edib və İslamı tənqid etdiyinə görə dostlarını və ailəsini itirdiyini bildirib.
"Bu gün ailəm mənə yalnız ona görə nifrət edir ki, oğrunun əlinin kəsilməsinə inana bilmirəm. Mənim kimi islami köklü olan, lakin artıq iman gətirməyən insanlar burada müsəlmanlardan anlayış və tolerantlıq görmürlər". - müsahibələrinin birində deyib.
Səlcuq