Keçmiş TƏBİB sədrinin qohumunu bıçaqlayan Elçin Balayev kimdir? - MARAQLI DETAL

Abşeron Rayon Mərkəzi Xəstəxanasında direktor müavini Orxan Ənvərlinin bıçaqlanması ilə bağlı saxlanılan Elçin Balayevlə bağlı maraqlı faktlar üzə çıxıb.

Oct 8, 2026 - 13:23
Oct 8, 2026 - 13:34
Keçmiş TƏBİB sədrinin qohumunu bıçaqlayan Elçin Balayev kimdir? - MARAQLI DETAL

SAVASHMEDİA.az-ın xəbərinə görə, Orxan Ənvərli xəstəxananın işdən çıxarılmış əməkdaşı Elçin Balayev tərəfindən bıçaqlanıb. 

Hadisədən sonra Balayev polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Məlumata görə, bıçaqlanan Orxan Ənvərli TƏBİB-in sabiq sədri Vüqar Qurbanovun qohumudur. O, daha əvvəl TƏBİB-in Daxili nəzarət və monitorinq departamentinin rəhbəri vəzifəsində çalışıb. Həmin dövrdə onun soyadının Qurbanov olduğu bildirilir. Daha sonra soyadını dəyişərək Ənvərli edib və Abşeron Rayon Mərkəzi Xəstəxanasında direktor müavini təyin olunub. 

Elçin Balayev isə hadisədən əvvəl Abşeron Rayon Mərkəzi Xəstəxanasının Dəstək xidmətləri şöbəsinin Texniki dəstək bölməsində sürücü kimi çalışıb. Onun əmək intizamı ilə bağlı bir neçə dəfə şifahi xəbərdarlıq aldığı bildirilir.

Balayevin bundan əvvəl isə 132 saylı marşrut avtobusunun dispetçeri kimi fəaliyyət göstərdiyi bildirilir.

Səlcuq