Ukrayna-Rusiya müharibəsində Milad MÜJDƏSİ? - Melaniya Tramp tarix açıqladı
ABŞ-nin birinci xanımı Melaniya Tramp Ukrayna və Rusiya arasında Milad bayramına qədər yeni atəşkəsin əldə oluna biləcəyini açıqlayıb.
SAVASHMEDİA.az xəbər verir ki, o, bu barədə Fox News telekanalının xüsusi proqramında danışıb.
Melaniya Tramp Ukrayna və Rusiya arasında atəşkəsin əldə olunmasını arzuladığını bildirib.
“Artıq danışıqlar gedir. Ukrayna və Rusiya özlərini atəşkəsə hazır bilsələr, bunu çox qısa müddətdə həyata keçirə bilərik. Bəlkə də Milad bayramına qədər atəşkəs əldə olundu”, - o qeyd edib.
ABŞ-nin birinci xanımı dekabrın 25-dək yeni atəşkəs razılaşmasının mümkünlüyünə ümid etdiyini vurğulayıb.
Oğuz