İsrail ordusu Qəzzada möhkəmlənir

İsrail ordusu Qəzza şəhərində mövqelərini möhkəmləndirir.

Aug 23, 2025 - 23:58
İsrail ordusu Qəzzada möhkəmlənir

SAVASHMEDİA.az xəbər verir ki, İsrail tankları Qəzzanın daha bir rayonuna - Sabraya daxil olub.

Bu həftənin əvvəlində Zeytun rayonunda İsrail ordusunun zirehli texnikası görünüb. Bundan əvvəl ordunun Qəzza şəhərinin ətrafını işğal etdiyi məlum olub.

Xatırladaq ki, avqustun 8-də İsrailin Baş naziri Benyamin Netanyahunun Qəzza şəhəri üzərində İsrail ordusu tərəfindən nəzarətin yaradılması planını təsdiqləyib. Bu plan həm İsrail daxilində, həm də xaricdə tənqidlərə səbəb olub.