İsa Qəmbərin ölkədən çıxışına STOP qoyulub! - Aeroportdan qaytarıldı
Müsavat Partiyasının başqanı İsa Qəmbərin Berlinə səfəri baş tutmayıb.
SAVASHMEDİA.az xəbər verir ki, İsa Qəmbər bu barədə sosial şəbəkə hesabında məlumat yayıb.
O bildirib ki, noyabrın 21-də Berlində keçiriləcək mühüm konfransa dəvət alıb və bu gecə saat 04:00-da uçuş bileti olub. Lakin hava limanında onun uçuşuna maneə yaradılıb.
İsa Qəmbərin sözlərinə görə, ona bununla bağlı heç bir izahat verilməyib.
Müsavat başqanı konfransın təşkilatçılarına və iştirakçılarına salamlarını çatdıraraq tədbirə uğurlar arzulayıb.
Oğuz