Türkiyədə partiya sədrinin oğlu qətlə yetirildi - FOTOLAR
Türkiyənin İYİ Partiyasının Malkara ilçə sədri Ali Dinçer Çolakın oğlu Rıdvan Çolak qətlə yetirilib.
SAVASHMEDİA.az xəbər verir ki, hadisə ötən gün axşam saatlarında Malkaradakı restoranlardan birində baş verib.
Rıdvan Çolak və restoran sahibinin oğlu H.Y yemək yeyərkən restorana daxil olan S.C adlı şəxs onlara tapancadan atəş açıb. Rıdvan Çolak və H.Y qanlar içində yerə yıxılıblar. Cinayətkar isə məkandan qaça bilib.
İlkin tibbi yardımdan sonra Rıdvan Çolak və H.Y Malkara Dövlət Xəstəxanasına aparılıblar. Həkimlərin bütün səylərinə baxmayaraq, 35 yaşlı Rıdvan Çolakın həyatını xilas etmək mümkün olmayıb. H.Y isə ağır yaralıdır.
Polis qatilin axtarışlarına başlayıb.
Banu
Fotoda Ali Çolak
Qətlə yetirilən Rıdvan Çolak