Maşinist əyləci sıxsa da... - Bakı metrosunda FACİƏ

Metronun “28 May” stansiyasında sərnişin stansiya yoluna düşüb. 

Oct 3, 2024 - 15:52
Maşinist əyləci sıxsa da... - Bakı metrosunda FACİƏ

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-dən məlumat verilib. 

Bildirilib ki, qatar maşinisti əyləci sıxıb, yüksək gərginlik çıxarılıb. Sərnişinin stansiya yolundan çıxarılması üçün əməliyyat planı həyata keçirilib. Lakin sərnişin vəfat edib. 

 Hadisə ilə bağlı əlavə məlumat veriləcək.